Haqqında:
Filmdə hadisələr Azərbaycanın müstəqilliyini yeni bərpa etdiyi tarixi-siyasi cəhətdən çətin və məsuliyyətli bir dövrdə, 1992-ci ildə cərəyan edir. Müstəqil Azərbaycan Qarabağda erməni separatçılarına qarşı mübarizə aparır. Jurnalist Miranda Qafqaz bəbiri haqqında sənədli film çəkmək üçün Londondan Azərbaycana gəlir. Tale onu kəşfiyyatçı Emillə qarşılaşdırır. Onlar birlikdə çətin sınaqlardan keçirlər. Bu sınaqlar zamanı Miranda Qafqaz bəbiri və Azərbaycanın müasir tarixinin faciəli səhifələri haqqında çox şey öyrənir…