Haqqında:
Filmdə XIX əsrin sonları və XX əsrin əvvəllərində Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarında baş vermiş mühüm tarixi hadisələrə toxunulmuşdur. Azərbaycan tarixinin bu dövrünün öyrənilməsi və milli dəyərlərin təbliği baxımından əhəmiyyət kəsb edən bu dörd seriyalı ekran əsərinin 2024-cü ildə təqdim edilməsinə səbəb xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının 100 illiyinin qeyd olunmasıdır. Film Hacı Zeynalabdin Tağıyevin həyatının müxtəlif dövrlərini əhatə edir. Bakıda başmaqçı ailəsində dünyaya gələn Tağıyev sonralar bir milyonçu kimi Azərbaycan xalqına böyük xidmətlər göstərmişdir. Ekran əsərində onun həyatında baş verən çətinliklər, verdiyi qərarlar, insanlara göstərdiyi dəstək, eləcə də təhsil sahəsində atdığı addımlar geniş şəkildə təsvir olunur. Bu film vasitəsilə izləyicilər Tağıyevin yaşadığı dövrün sosial-iqtisadi və mədəni mənzərəsi ilə də tanış olmaq imkanı əldə edirlər.
Ekran əsərində Hacı Zeynalabdin Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk xüsusi məktəbin təsis edilməsindəki rolu, Azərbaycanda neft sənayesinin inkişafına və Bakı şəhərinin infrastrukturunun formalaşmasına verdiyi töhfələr diqqət mərkəzindədir. Film Hacı Zeynalabdin Tağıyevin fəaliyyətini daha dərindən araşdırmaq və onun Azərbaycan tarixində oynadığı rolu təbliğ etmək məqsədi daşıyır