2009-cu ildən Gürcüstanın Adcara şəhərində keçirilən “Qızıl göz” beynəlxalq operatorlar festivalından Azərbaycan Kinematoqrafçılar İttifaqına azərbaycanlı operatorların öz işlərini göndərmələri üçün rəsmi məlumat daxil olub. Rəsmi məktubda deyilir ki, “Bu festival film və televiziya operatorlarının yaradıcı və peşəkar inkişafını dəstəkləyir və görülməyə dəyər işləri auditoriyaya izləmək üçün təqdim edir. Hər il Hollivud da daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış operatorlar festivala qatılaraq öz təcrübələrini bölüşürlər.
2025-ci ildə festival Adcarada keçiriləcək.
Müsabiqə kateqoriyaları aşağıdakılardır:
– Mədəniyyət
– Turizm
– Etnoqrafiya
– Bədii operator işi (təhkiyə)
– Təbiət mövzusu
Operatorun müraciət tələbləri aşağıdakılardır:
• Format: minimum 1920×1080 Full HD
• Təqdimat: electron poçt vasitəsilə. Yarışacaq işin platforma linki (YouTube, Vimeo, WeTransfer və s.)
Mükafatlar:
• Mədəniyyət sahəsində “Ən yaxşı operator işi”
• Turizm sahəsində “Ən yaxşı operator işi”
• Etnoqrafiya sahəsində “Ən yaxşı operator işi”
• “Ən yaxşı bədii iş üzrə operator işi” (Süjetli Kadr)
• “Ən yaxşı təbiət kadrı”
Bundan əlavə, beynəlxalq münsiflər heyəti tərəfindən aşağıdakı nominasiyalar üzrə də qaliblər seçiləcək:
• Ən Yaxşı Tələbə İşi
• Ən Yaxşı Televiziya operatoru işi
• Ən yaxşı film operatoru işi
• Qran Pri
Ərizələrin qəbulu 10 sentyabr 2025-ci il tarixinədək aparılır.
Festivala müraciət etmək istəyən operatorlardan xahiş olunur ərizə formasını əldə etmək üçün info@aki.az email vasitəsilə beynəlxalq əlaqələr/layihələr üzrə menecerlə əlaqə saxlasınlar.
aki.az